Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi diqqətdə saxlanılaraq Türkiyə Respublikasının Ankara şəhərinin Keçiörən bələdiyyəsi ilə bu günlərdə videokonfrans formatında görüş keçirilib.
Bələdiyyələrlə iş mərkəzinin, bələdiyyələrin milli assosiasiyalarının və ölkə üzrə 40-a yaxın bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi olub.
Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok çıxşında maraqlı rəqəmlər səsləndirilib. Bələdiyyənin illik büdcəsinin təxminən 143 milyon manat təşkil etdiyini qeyd edən bələdiyyə sədri hazırda sədrlik etdiyi qurumda 3700 nəfərin çalışdığını bildirib.
əldə edilən vəsaitin 50-55 faizi isə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitindən, yerdə qalan hissəsinin isə əmlak və torpaq vergisindən daxil olduğunu bildirib. Dövlət büdcəsindən ayrılan vəsaiti isə bələdiyyə ərazisində yaşayan sakinlərin istifadə etdiyi kommunal xidmətlərə görə ödədiyi rüsumlardan və sahibkarlıq fəaliyyəti kimi dövlətə ödədidyi verigidən ayrılır.
Məsələyə münasibət bildirən Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov Belediyye.infoya açıqlamsında billdirib ki, biz də bu istiqamətdə təklif irəli sürmüşük. Ölkəmizdə də vətəndaşın dövlət büdcəsinə ödədiyi vergi və rüsumlardan bələdiyyələrə bu cür ayırmalar həyata keçirilmiş olsa, heç dövlətdən ayrılan dotasiyaya da ehtiyac qalmaz və bələdiyyənin problemləri də qismən aradan qalxmış olar. Onsuzda bələdiyyə bu və ya digər formada əldə etdiyi maliyyə vəsaitini sonda sakinlərin problemlərinin aradan qaldırılmasına yönəldir. Bu gün bu təklifin ictimai müzakirəyə çıxarılmasına ehtiyac vardır.
Belediyye.info